Mahir Məmmədov: "Qrossmeysterlərimiz Aronyanı sıradan bir şahmatçıya çeviriblər"

Mahir Məmmədov: "Qrossmeysterlərimiz Aronyanı sıradan bir şahmatçıya çeviriblər"
# 22 iyun 2021 11:55 (UTC +04:00)

“Levon Aronyan üzərində qələbələr bizim şahmatçılarımız üçün adi hala çevrilib”.

Bunu apasport.az saytına açıqlamasında Azərbaycan Şahmat Federasiyasının (AŞF) və FİDE-nin vitse-prezidenti Mahir Məmmədov deyib.

“2021 Superbet Chess Classic” turnirinin qalibi olan Şəhriyar Məmmədyarovun ermənistanlı şahmatçı Levon Aronyan üzərində qazandığı qələbəyə münasibət bildirən vitse-prezident bunun artıq adi hala çevrildiyini bildirib: “Əslində Aronyan çox yüksək səviyyəli şahmatçıdır. Bizim şahmatçılarımız onu mütəmadi olaraq bir qapı istiqamətində məğlub edirlər. Elə son vaxtlar Şəhriyar 2-3 dəfə ona qalib gəlib”.

Mahir Məmmədov azərbaycanlı qrossmeysterlərin erməni rəqiblərini mütəmadi məğlub etdiklərini xüsusi vurğulayıb: “Bizim qrossmeysterlər Aronyanı sıradan bir şahmatçıya çeviriblər. Halbuki o, 5-6 nüfuzlu şahmatçılardan biridir. Nə qədər mənəvi cəhətdən rəzil olsa da, yüksək səviyyəli şahmatçıdır. Ümumiyyətlə, bizim şahmatçılarımız ermənilərlə qarşılaşanda həmişə üstün olurlar”.

Qeyd edək ki, “2021 Superbet Chess Classic” turnirində digər şahmatçımız Teymur Rəcəbov Aronyanla heç-heçə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR