Mahmud Qurbanov “Səbail”in baş məşqçisi olub

Mahmud Qurbanov “Səbail”in baş məşqçisi olub
# 26 may 2022 17:29 (UTC +04:00)

“Səbail”in yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Mahmud Qurbanovu bu posta gətirib.

“Neftçi”nin əvəzedici heyətindən yenicə ayrılan 49 yaşlı mütəxəssis gələn mövsümdən Premyer Liqada “Səbail”ə rəhbərlik edəcək. O, bu postda Aftandil Hacıyevi əvəz edib.

Qeyd edək ki, “Səbail” Premyer Liqada 2021/22 mövsümünü 15 xalla sonuncu pillədə tamamlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR