"Mançester Siti" tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub

"Mançester Siti" tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub
# 11 iyun 2023 00:56 (UTC +04:00)

UEFA Çempionlar Liqasında mövsümün final oyunu keçirilib.

APA xəbər verir ki, həlledici görüş İstanbulda İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" komandaları arasında baş tutub.

İstanbulun ikinci dəfə ev sahibliyi etdiyi ÇL finalında İngiltərə təmsilçisi tarxində ilk dəfə qələb kuboku başı üzərinə qaldırıb.

Qarşlıqlı hücumlar şəraitində keçən maçtda 68-ci dəqiqədə “şəhərlilər” Rodrinin qolu ilə önə çıxıb – 1:0.

Görüş bu hesabla başa çatıb.

Beləliklə qitənin nüfuzlu turnirində ikinci dəfə final oynayan “Mançester Siti” tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR