“Mançester Siti”nin sahibi “Palermo”nu alıb

“Mançester Siti”nin sahibi “Palermo”nu alıb
# 01 iyul 2022 16:24 (UTC +04:00)

“Palermo” klubu bu gün “City Football Group”a qoşulub.

Apasport.az saytının məlumatına görə, İtaliya təmsilçisi artıq adıçəkilən şirkətin tərkibinə daxil olub.

“City Football Group” bu barədə iyulun 4-də rəsmi məlumat yayacaq. Şirkət dünyada 10 futbol klubuna sahibdir ki, onlardan ən məşhuru “Mançester Siti”dir.

Qeyd edək ki, “Palermo” 2019-cu ildə müflis elan edilib və daha sonra D seriyasından başlamalı olub. Ötən mövsümün sonunda komanda B seriyasına qayıdıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR