“Mançester Yunayted” yenə uduzub

“Mançester Yunayted” yenə uduzub
# 23 aprel 2022 17:25 (UTC +04:00)

İngiltərə Premyer Liqasında XXXIV turun oyunları keçirilir.

Apasport.az saytının məlumatına görə, turun mərkəzi oyununda “Arsenal”la “Mançester Yunayted”lə görüşüb.

Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan komandaların dueli məhsuldar alınıb. Meydan sahibləri Nunu Tavareşin 3-cü, Bakayo Sakanın 32-ci dəqiqədə penaltidən vurduğu qollarla üstünlük qazanıb.

34-cü dəqiqədə Premyer Liqada özünün 100-cü qoluna imza atan Ktişriano Ronaldo qonaqları ümidləndirib. İkinci hissədə Bruno Fernandeş penaltini qaçıraraq bərabərlik şansını boşa verib. Qranit Cakanın qolu isə londonluların üstünlüyünü iki topa çatdırıb – 3:1.

Qeyd edək ki, bu nəticədən sonra 33 oyunda 60 xal toplayan “Arsenal” 4-cü, bir matç çox keçirən “Mançester Yunayrted” 54 xalla 6-cıdır. 32 görüşdə 57 xal yığan “Tottenhem” 5-cidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR