“Mançester Yunayted”də baş məşqçi postuna 4 namizədin adı bəlli olub

“Mançester Yunayted”də baş məşqçi postuna 4 namizədin adı bəlli olub
# 24 yanvar 2022 12:48 (UTC +04:00)

“Mançester Yunayted”in baş məşqçisi postuna namizədlərin siyahısı bəlli olub.

Apasport.az saytının məlumatına görə, İngiltərə təmsilçisi 4 mütəxəssis arasında seçim edəcək.

Hazırda komandaya rəhbərlik edən müvəqqəti baş məşqçi Ralf Ranqnik mövsüm başa çatan kimi klubda digər vəzifəyə keçəcək. Bu üzdən “Mançester Yunayted” rəhbərliyi onu əvəzləyəcək baş məşqçi axtarışlarını sürətləndirib. Namizədlər siyahısında Maurisio Poçettino (PSJ), Erik Ten Haq (“Ayaks”), Luis Enrike (İspaniya yığması) və Xulen Lopeteqi (“Sevilya”) yer alıb.

Qeyd edək ki, Ranqnik Ole-Qunnar Sulşerin istefasından sonra boş qalan posta mövsümün sonunadək müvəqqəti təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR