Mərakeş qrup lideri oldu, dünya üçüncüsü mundialla vidalaşdı

Mərakeş qrup lideri oldu, dünya üçüncüsü mundialla vidalaşdı
# 01 dekabr 2022 21:05 (UTC +04:00)

Bu gün DÇ-2022-nin F qrupunda mübarizəyə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, 1/8 finalın daha iki iştirakçısı müəyyənləşib.

Qrupda qaldığı rəsmiləşən Kanada özü üçün formal xarakterli matçda Mərakeşlə qarşılaşıb. Afrika təmsilçisi qalib gələrək qrup lideri kimi 1/8 finala adlayıb.

“Köhnə qitə” təmsilçilərinin qarşıdurmasında Belçika və Xorvatiya qarşılaşıb. Bunadək qrupun lideri olan, son dünya ikincisi balkanlılar son dünya üçüncüsü Belçika ilə heç-heçə etməklə 1/8 finala vəsiqə qazanan növbəti komanda olub.

Qeyd edək ki, bunadək 1/8 finalın 4 cütü müəyyənləşmişdi. Dekabrın 3-də Niderland – ABŞ və Argentina – Avstraliya, ertəsi gün İngiltərə - Seneqal və Fransa – Polşa görüşləri keçiriləcək. Onlardan başqa Braziliya və Portuqaliya da 1/8 finala yüksəlib.

DÇ-2022, qrup mərhələsi
F qrupu
III tur, 1 dekabr
19:00. Xorvatiya – Belçika - 0:0

19:00. Kanada – Mərakeş - 1:2
Qollar:
Nayef Akredu, 40 (öz qapısına) – Hakim Ziyeş, 4, Yusif Əl-Nəsiri, 23

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR