Messi və Ronaldo ilə görüş üçün biletə 2,66 milyon dollar təklif olunub

Messi və Ronaldo ilə görüş üçün biletə 2,66 milyon dollar təklif olunub
# 13 yanvar 2023 11:32 (UTC +04:00)

Ər-Riyadda "Əl-Nəsr" və "Əl İttihad" klublarının futbolçularından təşkil olunacaq komandanın Fransanın PSJ klubu ilə yoldaşlıq oyununa xüsusi biletin ilkin qiyməti açıqlanıb.

Apasport.az saytı xəbər verir ki, yanvarın 19-da Səudiyyə Ərəbistanının paytaxtında baş tutacaq görüş üçün hərrac 2,5 milyon avrodan yuxarı məbləğlə başlayıb.

Superulduzlar - Kriştiano Ronaldo və Lionel Messinin də iştirakı gözlənilən matçın biletini əldə etmək istəyən 1 azarkeş artıq verə biləcəyi məbləği təklif edib. Səudiyyə Ərəbistanından olan iş adamı Müşrif Əl Qamdi bunun üçün 2,66 milyon avrosundan keçməyə hazır olduğunu bildirib. Hərrac yanvarın 17-də başa çatacaq.

Xüsusi biletə sahib olacaq azarkeş yoldaşlıq oyunundan sonra mükafatlandırma mərasimində iştirak etmək, soyunub-geyinmə otağına daxil olaraq hər iki ulduzla görüşmək imkanı əldə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR