Məsut Özil karyerasını İndoneziyada davam etdirə bilər

Məsut Özil

© APA | Məsut Özil

# 11 yanvar 2022 14:29 (UTC +04:00)

“Fənərbaxça”nın yarımmüdafiəçisi Məsut Özil karyerasını İndoneziyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, bu barədə İndoneziya mətbuatı xəbər yayıb.

Bildirilib ki, Almaniya millisinin sabiq futbolçusu “RANS Çileqon” klubunun maraq dairəsindədir. Çileqonluların prezidenti Raffi Ahmad hətta 34 yaşlı pleymeykerlə bu barədə danışıq da aparıb.

İndoneziyalılar Məsutun karyerasını “Səbail”in sabiq futbolçusu Maykl Essyenlə müqayisə ediblər. Yerli KİV Türkiyə əsilli oyunçunun Essyenin yolu ilə gedib, onun aqibətini yaşaya biləcəyini yazıb. Çünki Essyen də karyerasının sonlarında İndoneziyanın “Persib Bandunq” klubunda çıxış edib. Qanalı sabiq ulduzun son komandası isə 2019-2020-ci illərdə “Səbail” olub.

Qeyd edək ki, Məsut Özil “Fənərbaxça”ya ötən il “Arsenal”dan keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR