Miçel: “Sevilya” kimi komandaya qarşı oynamaq xoşdur”

Miçel: “Sevilya” kimi komandaya qarşı oynamaq xoşdur”
# 18 sentyabr 2019 16:26 (UTC +04:00)

“Sevilya” kimi komandaya qarşı oynamaq xoşdur”.

APA-nın məlumatına görə, bu sözlər “Qarabağ”ın futbolçusu Miçel məxsusdu.

İspaniyalı yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsində “Sevilya” ilə keçiriləcək oyunöncəsi mətbuat konfransında fikirlərini bölüşüb.

O, sabah baş tutacaq qarşılaşmanın çətin keçəcəyini bildirib: “Mövsümün sonunda məşqçilərini dəyişmişdilər. Heyətlərində dəyişiklik edib, daha güclü futbolçular aldılar. Bizim də onlara qarşı arzularımız var. Uğurlu nəticə qazanmağa çalışacağıq”.

O, rəqibin İspaniya klubu olmasının özü üçün hansı əhəmiyyəti kəs etməsindən də danışıb: “Mənim üçün özəl oyundur. Ümumiyyətlə, bu turnirdə iştirak etmək xüsusi hissdir. Turnirboyu bütün oyunlardan zövq almağa və azarkeşlərimizi sevindirməyə çalışacağıq. Üç gün əvvəl çempionat matçımız var idi, həmin oyuna köklənmişdik. Bu gün bazada olacağıq və bu matç barədə danışmağa vaxtımız olacaq. Böyük kluba qarşı çıxış edəcəyik. Doğma azarkeşlərimiz önündə uğurlu nəticə göstərməyə çalışacağıq”.

O, vaxtilə “Sevilya”ya qarşı bir neçə dəfə oynamasını da xatırlayıb: “Bu, illər öncə olub. “Sportinq Xixon” və “Xetafe”də olarkən xoş və xoşagəlməz xatirələr olub. Həm qalib gəldiyimiz, həm də uduzduğumuz oyunlar olub. Çempionlar Liqasında oynamağa can atan komandadır. Rəqib düşərgədə “Xetafe”də birgə oynadığım Serxio Eskudero var. Hələ ki, onunla görüşməmişəm. Yəqin ki, sabah belə bir imkanım olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR