"Milan" çempion olarsa, İbrahimoviç karyerasını bitirəcək

"Milan" çempion olarsa, İbrahimoviç karyerasını bitirəcək
# 18 aprel 2022 09:27 (UTC +04:00)

“Milan”ın futbolçusu Zlatan İbrahimoviç karyerasını başa vura bilər.

Apasport.az saytının məlumatına görə, son vaxtlar zədələrdən əziyyət çəkən veteranın mövsümün sonunda belə addım atacağı gözlənilir.

Bunun üçün “Milan”ın çempion olması lazımdır. Komandası qızıl medalları qazansa, Zlatan A seriyası təmsilçisi ilə vidalaşaraq karyerasına da son qoyacaq.

Qeyd edək ki, 23 illik karyerasında 559 qol vuran hücumçu cari mövsümün 23 matçında 8 dəfə fərqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR