Millətlər Liqası: Türkiyə B liqasına yüksəlib

Millətlər Liqası: Türkiyə B liqasına yüksəlib
# 23 sentyabr 2022 00:44 (UTC +04:00)

Türkiyə yığması Millətlər Liqasının B liqasına yüksəlib.

Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular” C liqasının 1-ci qrupunun qalibi olub.

Qardaş ölkə təmsilçisi 1-ci yeri V turda təmin edib. Əvvəlki 4 oyunda qələbələri sıralayan Türkiyə ən yaxın izləyicisi Lüksemburqu qəbul edib.

Məhsuldar keçən görüşdə heç-heçə qeydə alınıb – 3:3. Türkiyəlilərin qollarının müəllifləri Çengiz Ündər, İsmail Yüksək və avtoqola imza atan Maksim Şano olub.

Bu heç-heçə sayəsində Türkiyə xal hesabını 13-ə çatdırıb. “Ay-ulduzlular” son tur ərəfəsində digər komandalar uçun əlçatmaz olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR