Minifutbol üzrə Avropa çempionu olan Azərbaycan millisi böyük coşqu ilə qarşılanıb - FOTO - VİDEO

Minifutbol üzrə Avropa çempionu olan Azərbaycan millisi böyük coşqu ilə qarşılanıb  - FOTO   - VİDEO
# 13 iyun 2022 03:20 (UTC +04:00)

Slovakiyanın Koşitse şəhərində keçirilən minifutbol üzrə Avropa çempionu olan Azərbaycan millisi Vətənə dönüb.

APA xəbər verir ki, yığmanı daşıyan təyyarə saat 03:20 da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

İdmançılar Hava Limanında böyük coşğu ilə qarşılanıb.

Futbolçuları azakeşlər, idman ictimaiyyətinin nümayəndələri, idmançıların valideynləri, incəsənət ustaları və mətbuat nümayəndələri qarşılayıblar.

Xatırladaq ki, iyunun 11-də Slovakiyanın Koşitse şəhərində keçirilən həlledici qarşılaşmada komandamızın rəqibi Rumıniya olub.

Elşad Quliyevin yetirmələri B qrupundakı ilk oyununda 0:2 hesabı ilə uduzduğu 6 qat qitə çempionundan üstün olaraq tarixi ilkə imza atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR