Mirbağır İsayev üzr istəməyəcək: “Buyursun, məhkəməyə versin”

Mirbağır İsayev üzr istəməyəcək: “Buyursun, məhkəməyə versin”
# 25 aprel 2022 13:32 (UTC +04:00)

“Səbail” akademiyasının koordinatoru Mirbağır İsayev AFFA rəsmisi Anar Salmanovdan üzr istəməyəcək.

Bunu apasport.az saytına açıqlamasında keçmiş futbolçu özü deyib.

U-17 Liqasının “Keşlə” – “Səbail” oyununda hakim-inspektor funksiyasını yerinə yetirən Salmanov barədə ittihamlar səsləndirən İsayev saytımıza açıqlamasında da keçmiş FIFA referisinin vaxtilə rüşvətə görə hakimlikdən uzaqlaşdırıldığını söyləyib.

Adıçəkilən qarşılaşmada hakim-inspektor kimi iş başında olan Anar Salmanov isə mütəxəssisin onun şərəf və ləyaqətinə toxunduğunu bildirib, üzr istəməsi üçün İsayevə iki gün vaxt verib. Salmanov əks təqdirdə məhkəməyə müraciət edəcəyini vurğulayıb.

Buna baxmayaraq, Mirbağır İsayev əməkdaşımızla söhbətində sözünün üstündə durduğunu deyib: “Məhkəməyə müraciət etmək onun vətəndaşlıq borcudur, ixtiyarı da var. Buyursun, versin. Mən sözümü demişəm”.

Qeyd edək ki, AFFA İntizam Komitəsi “Keşlə” – “Səbail” görüşündə AFFA rəsmisini təhqir etdiyi üçün Mirbağır İsayevi 10 oyunluq cəzalandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR