Platini: “Məndən 2016-cı ilin Avropa çempionatı, Qətər və Rusiyadakı dünya çempionatları, FİFA barədə soruşdular”

Platini: “Məndən 2016-cı ilin Avropa çempionatı, Qətər və Rusiyadakı dünya çempionatları, FİFA barədə soruşdular”
  • Clock-gray 12:11
  • calendar-gray 19 İyun 2019

“Dindirilmə prosesi çox uzun sürdü”.

APA-nın məlumatına görə, bunu UEFA-nın sabiq prezidenti Mişel Platini deyib.

İyunun 18-də saxlanılaraq ifadəsi alınan fransalı baş verənlər barədə açıqlama verib. Fransa milli komandasının sabiq futbolçusu və baş məşqçisi dindirilmə prosesinin əsas mövzularına da toxunub: “Sualların sayı nəzərə alsaq, başqa cür ola da bilməzdi. Məndən 2016-cı ilin Avropa çempionatı, Qətər və Rusiyadakı dünya çempionatları, FİFA barədə soruşdular”.

Qeyd edək ki, M.Platini DÇ-2022-nin ev sahibliyini Qətərə verilməsi ilə bağlı ehtimal olunan korrupsiya məsələsi ilə saxlanılıb. O, dindirildikdən sonra azadlığa buraxılıb.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date