Nabi Keytanın yeni klubu bəlli olub

Nabi Keytanın yeni klubu bəlli olub
# 09 iyun 2023 17:58 (UTC +04:00)

Qvineya millisinin futbolçusu Nabi Keytanın yeni klubu bəlli olub.

Apasport.az saytının məlumatına görə, “Liverpul”dan ayrılan yarımmüdafiəçi karyerasını Almaniyada davam etdirəcək.

Keyta “Verder”ə keçib. O, Almaniya klubuna azad agent kimi qoşulub.

Qeyd edək ki, Keyta Çempionlar Liqası, klublararası dünya çempionatı, İngiltərə çempionatı və kubokunun qalibi olub. O, “Liverpul”dakı son 5 ildə 129 oyun keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR