“Neftçi” fransalı yarımmüdafiəçi ilə müqavilə imzalayıb

“Neftçi” fransalı yarımmüdafiəçi ilə müqavilə imzalayıb
# 19 yanvar 2023 16:57 (UTC +04:00)

“Neftçi” hücumameylli yarımmüdafiəçi Kilan Lebonu transfer edib.

Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti açıqlayıb.

Bildirilib ki, fransız futbolçu ilə 1,5+1 il müddətinə müqavilə bağlanıb. 25 yaşlı yarımmüdafiəçi komandanın heyətində 22 nömrəli formanı geyinəcək.

Kilan Lebon Fransanın “Amyen-2” (2014-2016), “Paris-2” (2016-2018), “Şambli” (2017-2018), “Paris” (2018-2020), “Ayaçço” (2019-2020), “Kretey” (2020), Hollandiyanın “Utrext-2” (2019), Bolqarıstanın “Beroe” (2020-2022) və Qazaxıstanın “Astana” (2022) klublarında çıxış edib.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl müdafiəçi – milli komandamızın üzvü Höccət Haqverdini transfer edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR