"Neftçi" HİK-ə uduzub və Konfrans Liqasına enib

"Neftçi" HİK-ə uduzub və Konfrans Liqasına enib
# 12 avqust 2021 21:53 (UTC +04:00)

Azərbaycan çempionu “Neftçi” Avropa Liqasında növbəti matçını keçirib.

Apasport.az saytının məlumatına görə, Bakı klubu III təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Samir Abasovun yetirmələri Finlandiyada HİK-lə üz-üzə gəlib. Bakıda rəqibi ilə məhsuldar heç-heçə edən (2:2) “ağ-qaralar” səfər matçının ilk yarısında rəqiblə bərabər mübarizə aparıb.

Qarşılıqlı hücumlarla keçən görüşdə hesab ikinci hissənin əvvəlində açılıb. Meydan sahibləri fasilədən dərhal sonra “Neftçi”nin qapısına yol tapıb. Az keçməmiş şimallılar penalti ilə fərqi iki topa çatdırıb.

Oyunda donuş yarada bilməyən “Neftçi” daha bir qol buraxaraq səfərdə böyük hesabla məğlub olub. Bununla da təmsilçimiz Avropa Liqası ilə vidalaşıb. Bakılılar yoluna qitənin üçüncü dərəcəli klub turniri olan Konfrans Liqasında davam edəcək.

Qeyd edək ki, pley-offun oyunları avqustun 19-da və 26-da keçiriləcək. “Neftçi” “Makkabi” (Hayfa, İsrail) – HB (Farer adaları) cütünün qalibi ilə üz-üzə gələcək. İlk matç Bakıda təşkil olunmalıdır.

Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunu
12 avqust
20:00. HİK (Finlandiya) – “Neftçi” (Azərbaycan) - 3:0
Qollar:
Riku Riski, 46, Roope Riski, 60 (pen.), 89
Baş hakim: Dəniz Aytekin (Almaniya)
HİK: 12. Yakob Tonnander, 3. Yanne Saksela, 5. Deniel Oşonessi (k), 13. Luis Karlos Murilyo, 15. Miro Tenho, 16. Valtteri Moren, 6. Jair, 10. Lukas Linqman, 24. Devid Braun, 11. Roope Riski, 27. Filip Valençiç
Ehtiyat oyunçular: 31. Hüqo Keto, 79. Matias Niemela, 22. Kevin-Kuassivi Benisson, 14. Sebastyan Dalström, 47. Matti Peltola, 9. Riku Riski, 29. Entoni Olusanya, 20. Tim Sparv
Baş məşqçi: Toni Koskela

"Neftçi": 30. Aqil Mammadov, 3. Mamadu Mboc, 6. Voislav Stankoviç, 14. Roman Bask, 8. Emin Mahmudov (k), 24. Yusuf Laval, 29. Sabir Buqrin, 36. Mamadu Kane, 11. Harramiz Suareş, 10. Sezar Meza Kolli, 22. Mirabdulla Abbasov
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 19. Fəhmin Muradbəyli, 20. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 26. Ömər Buludov, 97. Xəyal Nəcəfov
Baş məşqçi: Samir Abasov
Helsinki Futbol Stadionu
İlk oyun – 2:2

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR