“Neftçi” “İnternasional”dan futbolçu transfer edib

“Neftçi” “İnternasional”dan futbolçu transfer edib
# 12 yanvar 2022 09:07 (UTC +04:00)

“Neftçi” daha bir futbolçunu transfer edib.

Apasport.az-ın Braziliyanın “İnternasional” klubunun rəsmi saytına istinadən məlumatına görə, bu komandanın hücumçusu Gilyerme Pato karyerasını “ağ-qaralar”da davam etdirəcək.

Bildirilib ki, “İnternasional” 22 yaşlı oyunçu ilə bu ilin sonuna qədər olan müqaviləsinə xitam verilməsinə və onun Azərbaycan çempionuna keçidinə razılıq verib. Ancaq forvardın transfer hüququnun müəyyən faizi “İnternasional”a məxsus olacaq. Yəni onun növbəti satışından Porto Aleqre təmsilçisi də gəlir əldə edəcək.

Qeyd edək ki, Gilyerme Pato 2021-ci ili icarə əsasında Braziliyanın digər klubu “Kuyaba”da keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR