“Neftçi” – “Rapid” oyununun hakimləri açıqlanıb

“Neftçi” – “Rapid” oyununun hakimləri açıqlanıb
# 30 iyul 2022 12:04 (UTC +04:00)

Konfrans Liqasının III təsnifat mərhələsinin “Neftçi” – “Rapid” matçının hakimləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, avqustun 4-də Bakıda keçiriləcək görüşü Xorvatiyadan olan ədalət təmsilçiləri idarə edəcək.

Saat 21:00-da başlayacaq qarşılaşmada Dario Bel fit çalacaq. Ona Maryan Tomas və Kristian Novosel kömək edəcək. “Bakcell Arena”da dördüncü hakim funksiyasını Tihomir Pejin yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 11-də baş tutacaq cavab oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Matç Vyanadakı “Veststadion”da təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR