“Neftçi” - “Speranta” matçının "11-liyi" dəqiqləşib

“Neftçi” - “Speranta” matçının "11-liyi" dəqiqləşib
  • Clock-gray 19:45
  • calendar-gray 18 İyul 2019

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Neftçi” (Azərbaycan) - “Speranta” (Moldova) matçının heyətləri açıqlanıb.

APA-nın məlumatına görə, bu gün “Bakcell Arena”da keçiriləcək qarşılaşmadan az əvvəl hər iki komanda matçın protokolunu doldurub.

Bununla da rəqiblərin start heyəti və ehtiyat oyunçuları müəyyənləşib. Bakı vaxtı ilə saat 21:00-da başlayacaq görüşdə komandalar aşağıdakı heyətlə çıxış edəcək.

Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunları
18 iyul
21:00. “Neftçi” (Azərbaycan) – “Speranta” (Moldova)
Baş hakim:
Julian Veynberger (Avstriya)
“Neftçi”: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov, 10. Dario Frederiko, 11. Vanqelis Platellas, 19. Rauf Əliyev, 25. Kirilo Petrov, 26. Ömər Buludov, 28. Stiven Jozef-Monroz, 36.Mamadu Kane
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 
7. Namik Ələskərov, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 80. İsmayıl Zülfüqarlı, 93. Soni Mustivar
Baş məşqçi: Roberto Bordin
“Speranta”: 1. Denis Makoqonenko, 5. Mihael Bolun, 6. Bruno Barbosa, 8. Konstantin Sandu, 9. Felipe Ramires, 11. Fabrise Elundu, 15. Oliver Perea, 22. Ştefan Efros, 31. İon Arabaci, 87. Ruslan Çelari, 93. Maksim Yurku
Ehtiyat oyunçular: 34. Daniel Avdyuşkin, 4. Dayron Mendosa, 10. İon Draqan, 17. İçaka Tyehi, 20. Luis Misas, 23. İsa Yusuf, 98. Alişer Mirzoyev 
Baş məşqçi: Kristian Efros
Bakı. “Bakcell Arena”
İlk oyun – 3:0

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date