"Neftçi" – "Speranta" oyununun vaxtı açıqlanıb

"Neftçi" – "Speranta" oyununun vaxtı açıqlanıb
# 25 iyun 2019 17:09 (UTC +04:00)

Futbol üzrə Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi” – "Speranta” (Moldova) matçının başlama saatı açıqlanıb.

APA-nın məlumatına görə, iyulun 18-də baş tutacaq görüş saat 21:00-da start götürəcək.

Görüş “Bakcell Arena” stadionunda keçiriləcək. Azərbaycanın ən titullu klubunun Moldova təmsilçisi ilə qarşılaşması "CBC Sport” vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 11-də Kişinyovun "Zimbru” stadionunda olacaq. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR