“Neftçi” və “Qəbələ”nin oyunları eyni saatda başlayacaq

“Neftçi” və “Qəbələ”nin oyunları eyni saatda başlayacaq
# 19 iyul 2019 13:58 (UTC +04:00)

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunlarının vaxtı açıqlanıb.

APA-nın məlumatına görə, Azərbaycan təmsilçiləri “Neftçi” və “Qəbələ”nin qarşılaşmalarının da start vaxtı bəlli olub.

Avqustun 1-də keçiriləcək hər iki görüş eyni vaxtda başlayacaq. “Neftçi”nin Rusiyanın “Arsenal” klubu ilə “Bakcell Arena”da, “Qəbələ”nin Gürcüstan “Dinamo”su ilə Tbilisidəki matçları 21:00-da start götürəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR