“Neftçi”nin baş məşqçisi: “Nə qədər istəyirsən ki, vəziyyət yaxşı olsun, heç cür alınmır”

Samir Abasov

© APA | Samir Abasov

# 07 yanvar 2022 14:57 (UTC +04:00)

“İki gündür məşq edirik, futbolçuların durumu xoş təəssürat yaratdı”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov komandanın durumu barədə danışarkən deyib.

Bu gün klubun bazasında brifinq keçirən çalışdırıcı tam heyətlə məşq etmədiklərini söyləyib: “Nə qədər istəyirsən ki, komandada vəziyyət yaxşı olsun, heç cür alınmır. Xorxe Korrea, Tiaqo Bezarra və Sezar Meza Kolli koronavirus səbəbindən öz ölkələrindən qayıda bilmirlər. Meza Kolli və Tiaqonun özü də koronavirusa yoluxub. Xorxe isə ailəsində yoluxma aşkarlandığından, karantinə alınıb”.

Qeyd edək ki, “Neftçi” yanvarın 10-da təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR