"Neftçi"nin prezidenti: “0:2 faciə, son deyil”

"Neftçi"nin prezidenti: “0:2 faciə, son deyil”
# 25 iyul 2022 15:27 (UTC +04:00)

"Kiprdəki matçın son fitindən sonra dedim ki, mərhələni keçəcəyik".

Apasport.az saytının məlumatına görə, bunu "Neftçi"nin prezidenti Kamran Quliyev deyib.

Klub rəhbəri komandasına inandığını söyləyib: "0:2 hesablı məğlubiyyət faciə, son deyil. Bu komandaya, baş məşqçiyə güvənirik".

O, "Aris"lə cavab oyununda azarkeşlərdən dəstək istəyib: "Azarkeşsiz bizə futbol lazım deyil. Azarkeşsiz "Neftçi" təsəvvür edə bilmirəm. Onlar əlbəttə ki, çılğın olmalıdırlar. Gəlsinlər, komandamızı dəstəkləsinlər. Onların dəstəyi ilə ümid edirəm ki, mərhələ keçəcəyik. İnanıram ki, stadionumuz dolacaq".

Qeyd edək ki, “Neftçi” Konfrans Liqasının II təsnifat mərhələsinin “Aris”lə Kiprdəki ilk oyununda 0:2 hesabı ilə uduzub. Komandalar arasında cavab oyunu iyulun 28-də baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR