“Neftçi”nin qış hazırlıq planı bəlli olub

“Neftçi”nin qış hazırlıq planı bəlli olub
# 22 dekabr 2021 17:41 (UTC +04:00)

“Neftçi”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, paytaxt klubunun hazırlığının ilk mərhələsi yanvarın 5-də başlayacaq.

“Ağ-qaralar” 9-dək Bakıda məşq edəcək. Məşq prosesi fiziki hazırlığa həsr olunacaq.

Əsasən taktiki çalışmalardan ibarət təlim-məşq toplanışının ikinci mərhələsi isə yanvarın 10-dan 25-dək Türkiyədə olacaq. Antalya şəhərinin Manavqat bölgəsindəki “The Sense De Luxe” otelində məskunlaşacaq flaqman qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır.

“Neftçi” yanvarın 14-də Macarıstanın “Kişvarda”, 19-da Polşanın “Visla” (Plotsk) klubu ilə qarşılaşacaq. Yanvarın 24-dəki rəqib hələlik dəqiqləşməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR