Neymar PSJ ilə yeni müqavilə imzalayıb

Neymar

© APA | Neymar

# 08 may 2021 14:30 (UTC +04:00)

Braziliya millisinin və Fransanın PSJ klubunun futbolçusu Neymarın gələcək karyerasına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, hücumçu Liqa1 təmsilçisi ilə yeni müqavilə imzalayıb.

Yeni anlaşma 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Müqaviləsini uzadan Neymar vergilər çıxılmaqla ildə 30 milyon avroya yaxın qazanacaq. Bu rəqəm bonuslar hesabına daha da arta bilər. Müqavilədə Çempionlar Liqasında qələbə üçün daha yüksək mükafat qeyd edilib.

Qeyd edək ki, Neymar 2017-ci ildə “Barselona”dan 222 milyon avroya transfer olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR