“Olimpiakos” – “Qarabağ” matçından əvvəl bir dəqiqəlik sükut olacaq

“Olimpiakos” – “Qarabağ” matçından əvvəl bir dəqiqəlik sükut olacaq
# 04 oktyabr 2022 15:25 (UTC +04:00)

Avropa Liqasının qrup mərhələsinin III turunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” oyunu öncəsi bir dəqiqəlik sükut olacaq.

Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu barədə qərarı qitə futbol qurumu verib.

Qərara əsasən, bu həftə Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının bütün matçlarından öncə İndoneziyanın “Kanjuruhan” stadionunda baş verən faciəvi hadisənin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Qeyd edək ki, oktyabrın 6-da Pireydə keçiriləcək “Olimpiakos” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR