Perişiç “Tottenhem”lə müqavilə imzalayıb

İvan Perişiç

© APA | İvan Perişiç

# 01 iyun 2022 08:22 (UTC +04:00)

Xorvatiya millisinin heyətində dünya çempionatının gümüş mükafatçısı İvan Perişiç “A” seriyasını İngiltərə çempionatına dəyişib.

APA “Spurs” nəşrinə istinadən xəbər verir ki, “İnter”in 33 yaşlı yarımmüdafiəçisi “Tottenhem”lə müqavilə imzalayıb.

İngiltərə klubu ilə müqavilə 2024-cü ilə qədər nəzərdə tutulub.

Perişiç İtaliya komandası ilə müqaviləsi başa çatdıqdan sonra iyulda “Tottenhem”ə keçəcək.

Futbolçu “İnter”in heyətində 254 oyunda meydana çıxıb ki, həmin matçlarda 55 dəfə qol vurub və 49 məhsuldar ötürmə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR