Piter Krauç karyerasını başa vurub

Piter Krauç karyerasını başa vurub
# 12 iyul 2019 14:28 (UTC +04:00)

İngiltərə millisinin sabiq futbolçusu Piter Krauç karyerasını başa vurub.

APA-nın məlumatına görə, hücumçu 38 yaşında futbolla vidalaşmağa qərar verib.

Əsasən “Liverpul”dakı çıxışı ilə tanınan P.Krauç son komandası “Bernli” olub. Karyerasına “Tottenhem”də başlayan forvard KPR, “Aston Villa”, “Norviç”, “Sauthempton”, “Portsmut” və “Stok Siti” klublarında da forma geyinib.

Qeyd edək ki, P.Krauç İngiltərə millisində 42 oyun keçirib və 22 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR