Poqba “Yuventus”la anlaşıb

Poqba “Yuventus”la anlaşıb
# 21 may 2022 10:39 (UTC +04:00)

“Mançester Yunayted”in futbolçusu Pol Poqba “Yuventus”a keçəcək.

Apasport.az saytının məlumatına görə, fransalı yarımmüdafiəçi İtaliya klubu ilə müqaviləni razılaşdırıb.

Poqba Turin təmsilçisinə azad agent kimi keçəcək. 29 yaşlı futbolçu 3 illik müqavilə bağlayacaq və ildə 7,5 milyon avro qazanacaq. Bu rəqəm bonuslarla 10 milyona çata bilər.

Qeyd edək ki, Pol 2012-16-cı illərdə də “Yuventus”da oynayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR