Portuqaliya yığmasına yeni baş məşqçi təyin olunub

Roberto Martines

© APA | Roberto Martines

# 09 yanvar 2023 16:15 (UTC +04:00)

Futbol üzrə Portuqaliya yığmasına yeni baş məşqçi təyin olunub.

APA Portuqaliya Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu posta ispaniyalı mütəxəssis Roberto Martines gətirilib.

Onunla 3 illik müqavilə imzalanıb.

Martines bu postda Fernandu Santuşu əvəz edib.

Qeyd edək ki, Santuş Portuqaliya yığması DÇ-2022-nin 1/4 finalında Mərakeşə uduzaraq (0:1) turnirdə mübarizəni dayandırdıqdan sonra istefa verib.

Xatırladaq ki, Martines daha öncə Belçika yığmasının baş məşqçi postunda çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR