PSJ “Barselona”dan futbolçu alır 

PSJ “Barselona”dan futbolçu alır 
# 17 avqust 2019 11:03 (UTC +04:00)

İspaniyanın “Barselona” klubunun futbolçusu Artur Vidal karyerasını Fransada davam etdirə bilər.

APA-nın məlumatına görə, PSJ çilili yarımmüdafiəçinin xidmətində maraqlıdır.

Parislilər “Barselona”nın futbolçu üçün istədiyi 20 milyon avronu da ödəməyə hazırdır. Düzdür, İtaliya “İnter”i də cənubi amerikalını heyətində görmək istəyir. Amma PSJ-nin braziliyalı hücumçusu Neymarı geri qaytarmaq niyyətində olan “Barselona” üçün məhz fransalılarla danışıqlar daha cəlbedicidir. Çünki A.Vidalın bu komandaya keçidi braziliyalı ilə bağlı danışıqlara da müsbət təkan verə bilər.

Qeyd edək ki, A.Vidal “Barselona”da ötən mövsüm ümumilikdə 53 oyun keçirib və 3 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR