PSJ baş məşqçisi ilə vidalaşıb

Mauritsio Poçettino

© APA | Mauritsio Poçettino

# 05 iyul 2022 14:40 (UTC +04:00)

PSJ baş məşqçi Mauritsio Poçettino ilə nəhayət vidalaşıb.

Apasport.az xəbər verir ki, Fransa klubu bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, argentinalı mütəxəssis və köməkçiləri ilə müqaviləyə qarşılıqlı razılıqla xitam verilib. Bu ayrılıq parislilərə 10 milyon avroluq təzminat bahasına başa gəlib. Poçettinonu bu postda isə Kristof Qaltye əvəzləyəcək.

Qeyd edək ki, PSJ ötən mövsüm Fransa çempionu olsa da, Çempionlar Liqasında uğursuz çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR