PSJ kapitanı ilə yeni müqavilə imzalayacaq

PSJ kapitanı ilə yeni müqavilə imzalayacaq
# 06 yanvar 2022 10:12 (UTC +04:00)

PSJ kapitanı Markinyoşla əməkdaşlığı davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, Fransa klubu 27 yaşlı müdafiəçi ilə yeni müqavilə bağlamaq niyyətindədir.

Braziliya millisinin üzvünün parislilərlə danışığı artıq yekunlaşmaq üzrədir. Tərəflər tezliklə 2026-cı ilin yayına qədər nəzərdə tutulan yeni sözləşmə imzalamağa hazırlaşır.

Qeyd edək ki, 2013-cü ildən PSJ-də çıxış edən Markinyoş cari mövsüm Liqa1-də 14 oyunda meydana çıxıb, 3 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR