“Qalatasaray” hücumçusu ilə yeni 5 illik müqavilə imzalayıb

“Qalatasaray” hücumçusu ilə yeni 5 illik müqavilə imzalayıb
# 02 dekabr 2021 17:40 (UTC +04:00)

“Qalatasaray” hücumçusu Kerem Aktürkoğlu ilə müqaviləsini yeniləyib.

Apasport.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, sözləşməsi ilin sonuna qədər olan 23 yaşlı forvardla yeni 5 illik saziş imzalanıb. Anlaşmaya əsasən, Türkiyə millisinin üzvü 2026-cı ilin sonuna qədər “cim-bom”a məxsus olacaq.

Qeyd edək ki, Kerem Aktürkoğlu “Qalatasaray”a ötən ilin yayında “24 Erzincanspor”dan keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR