"Qalatasaray" "Qarabağ"la oyun üçün Bakıya gəlib - FOTO - VİDEO

"Qalatasaray" "Qarabağ"la oyun üçün Bakıya gəlib - FOTO  - VİDEO
# 26 mart 2023 00:30 (UTC +04:00)

Türkiyənin "Qalatasaray" futbol klubu "Qarabağ"a qarşı keçirəcəyi xeyriyyə matçı üçün Bakıya gəlib.

APA xəbər verir ki, "Qalatasaray"ın futbolçularını Heydər Əliyev Beynəlxalq Aeroportunda çox saylı azarkeşlər və KİV nümayəndələri qarşılayıb.

Qeyd edək ki, “Qarabağ”-“Qalatasaray” matçı Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş saat 20:00-da start götürəcək.

Matçın bilet satışından əldə ediləcək gəlir Türkiyədəki zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.


Elşən Yəhyayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR