“Qalatasaray”da prezident seçkiləri ilə bağlı yeni qərar verilib

“Qalatasaray”da prezident seçkiləri ilə bağlı yeni qərar verilib
# 22 aprel 2022 13:27 (UTC +04:00)

“Qalatasaray”da prezident seçkisi ilə bağlı yeni qərar qəbul olunub.

Apasport.az saytının məlumatına görə, Asliye Hüquq Məhkəməsi klubun etirazından sonra ləğv edilən seçkilərin keçirilməsini qərara alıb.

“Sarı-qırmızılılar”ın konqresində baş tutacaq seçki ilə bağlı ehtiyat tədbiri qərarı qüvvədən düşüb. Bu isə o deməkdir ki, İstanbul təmsilçisi öncədən planlaşdırıldığı kimi, aprelin 30-da yeni prezidentini müəyyən edə biləcək.

Qeyd edək ki, hazırda “Qalatasaray”a Burak Elmas rəhbərlik edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR