“Qalatasaray”da prezidentliyə namizəd Okan Buruk və 2 böyük transfer vədi verib

“Qalatasaray”da prezidentliyə namizəd Okan Buruk və 2 böyük transfer vədi verib
# 27 aprel 2022 17:08 (UTC +04:00)

“Qalatasaray”da prezidentliyə namizəd Metin Öztürk ilk vədini verib.

Apasport.az saytının məlumatına görə, iş adamı bu posta seçiləcəyi təqdirdə baş məşqçi dəyişikliyinə gedəcəyini gizlətməyib.

O, hazırkı çalışdırıcı Domenek Torrenlə yola davam etmək niyyətində deyil. Öztürk baş məşqçi postu üçün danışıq aparacağı ilk mütəxəssisin Okan Buruk olacağını açıqlayıb. “Qalatasaray”ın əfsanəvi futbolçusu son olaraq 2019-2021-ci illərdə “Başakşehir”ə rəhbərlik edib: “Əcnəbi mütəxəssislə çalışmayacağıq. Azarkeşləri coşdurmaq üçün bizdən birini gətirməliyik. Favoritim Okan Burukdur”.

İstanbul klubunda prezidentliyə namizəd transfer danışıqları barədə də məlumat verib: “Ən azı 4-5 transfer edəcəyik. Onlardan ikisi böyük sürprizdir. Gələn həftə bir yerli və bir əcnəbi oyunçunun adını açıqlayacağıq”.

Qeyd edək ki, “Qalatasaray”da prezident seçkiləri aprelin 30-da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR