“Qalatasaray”ın müdafiəçisini “Sevilya” və “Milan” istəyir

“Qalatasaray”ın müdafiəçisini “Sevilya” və “Milan” istəyir
# 29 aprel 2022 11:20 (UTC +04:00)

“Qalatasaray” müdafiəçisi Viktor Nelssonla yollarını ayıra bilər.

Apasport.az saytının məlumatına görə, danimarkalı futbolçu Avropanın iki klubunun maraq dairəsindədir.

23 yaşlı mərkəz müdafiəçisi uğrunda mübarizədə favorit “Sevilya” sayılır. İspaniya təmsilçisi Jül Kundeni yayda satarsa, boşluğu Nelssonla doldurmağa çalışacaq. Həmçinin İtaliya A seriyasında çempionluğa iddia edən “Milan” da onu heyətinə qatmağın yollarını axtarır. İstanbul təmsilçisi oyunçunun keçidindən yüksək məbləğdə pul qazanmaq niyyətindədir.

Qeyd edək ki, mövsümün əvvəlində 7 milyon avroya “Kopenhagen”dən transfer edilən Viktor Nelsson “Qalatasaray”ın heyətində 40 matça çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR