“Qalatasaray”ın prezidenti: “Namizəd olmayacağam”

“Qalatasaray”ın prezidenti: “Namizəd olmayacağam”
# 16 may 2022 15:14 (UTC +04:00)

“Qalatasaray”ın prezidenti Burak Elmas növbəti seçkilərdə namizədliyini irəli sürməyəcək.

Apasport.az saytı xəbər verir ki, bunu “cim-bom”un hazırkı rəhbəri özü açıqlayıb.

Elmas keçirdiyi mətbuat konfransında “sarı-qırmızılılar”ın prezidenti postunda son dəfə jurnalistlər önünə çıxdığını söyləyib. Fəaliyyəti dövründə gördüyü işlərlə bağlı hesabat verən Elmas seçkilərə qatılmayacağını bəyan edib.

Qeyd edək ki, “Qalatasaray”da prezident seçkiləri iyunun 11-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR