“Qarabağ” Çempionlar Liqasında "Partizani"yə qalib gələrək mərhələ adlayıb - YENİLƏNİB-4 - FOTOSESSİYA

“Qarabağ” Çempionlar Liqasında "Partizani"yə qalib gələrək mərhələ adlayıb - YENİLƏNİB-4 - FOTOSESSİYA
# 17 iyul 2019 22:53 (UTC +04:00)

Ağdamın “Qarabağ” klubu Çempionlar Liqasının II təsnifat mərhələsinə yüksəlib.

APA-nın məlumatına görə, bu, I təsnifat mərhələsinin “Partizani” ilə cavab oyunundan sonra rəsmiləşib.

Bir həftə əvvəl Albaniyada keçirilən ilk qarşılaşmada qolsuz heç-heçə edən Qurban Qurbanovun yetirmələri “Dalğa Arena”da baş tutan bugünkü görüşdə mütləq qalib gəlməli idi. Çempionumuz bu vəzifənin öhdəsindən gəlib.

Düzdür, “Qarabağ” rəqibin müqavimətini qırmaqda uzun müddət çətinlik çəkib. Ağdamlılar yalnız ikinci hissədə istəyinə çata bilib.

Filip Ozobiçin hissənin əvvəlində vurduğu top qonaqların müqavimətini qırıb. Oyunun sonunda isə Dani Kintana ikinci qolu vurub. Bu iki top həm görüşün, həm də cütün taleyinə aydınlıq gətirib. 2:0 hesablı qələbə “Qarabağ”ı növbəti mərhələyə daşıyıb. Burada isə komandamızın rəqibi hazırda davam edən “Riqa” (Latviya) – “Dandolk” (İrlandiya) oyununun güclüsü olacaq.

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunları iyulun 23-24-də, cavab matçları 30-31-də baş tutacaq.

Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunu
17 iyul
21:00. “Qarabağ” – “Partizani” (Albaniya) - 2:0

QOLLAR: Ozobiç, 51, Kintana, 90+4
Baş hakim:
Dumitri Muntean
“Qarabağ”: 13. Vaqner da Silva, 3. Ailton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medveyev, 7. Araz Abdullayev, 8. Miçel, 9. Xayme Romero, 14. Rəşad Sadıqov, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Riçard Almeyda
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 10. Dani Kintana, 11. Mahir Əmrəli, 21. Hacıağa Hacılı, 30. Abbas Hüseynov
Baş məşqçi: Qurban Qurbanov
“Partizani”: 12. Alban Hoca, 2. Eqzon Belitsa, 7. Eraldo Çinari, 9. Teofilus Solomon, 10. Yasir Asani, 17. Bruno Telyuşi, 20. Esat Mala, 22. Lyabinot İbrahimi, 23. Esin Hakay, 26. Vilyam Kordeyru, 33. Eneo Bitri
Ehtiyat oyunçular: 1. Daşamir Cika, 4. Ron Broy, 19. Lorents Traşi, 38. Kristi Kote, 66. Xosep Ekuban, 90. Emmanuel Mensa, 99. Brayan Braun
Baş məşqçi: Franko Lerda
Bakı. “Dalğa Arena” stadionu
İlk oyun – 0:0

***

Saat: 22:52

Çempionlar Liqasının I təsnifat mərhələsinin “Qarabağ” (Azərbaycan) - “Partizani” (Albaniya) oyununda hesab dəyişib.

APA-nın məlumatına görə, Bakıda keçirilən matçın 90+4-cü dəqiqəsində Ağdam klubunun futbolçusu Dani Kintana fərqi 2 topa çatdırıb.

***

Saat. 22:07

Çempionlar Liqasının I təsnifat mərhələsinin “Qarabağ” (Azərbaycan) - “Partizani” (Albaniya) oyununda hesab açılıb.

APA-nın məlumatına görə, Bakıda keçirilən matçın 51-ci dəqiqəsində Ağdam klubunun futbolçusu Filip Ozobiç fərqlənib - 1:0.

***

Saat. 22:00

Çempionlar Liqasının I təsnifat mərhələsinin “Qarabağ” (Azərbaycan) - “Partizani” (Albaniya) oyununda ikinci hissə start götürüb.

APA-nın məlumatına görə, Bakıda keçirilən matçın 45 dəqiqəsindən sonra hesab dəyişməyib - 0:0.

***

Saat. 21:46

Çempionlar Liqasının I təsnifat mərhələsinin “Qarabağ” (Azərbaycan) - “Partizani” (Albaniya) oyununda ilk hissə başa çatıb.

APA-nın məlumatına görə, Bakıda keçirilən matçın 45 dəqiqəsində qapılara qol vurulmayıb.

***

Saat. 21:00

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok matçına çıxıb.

APA-nın məlumatına görə, Ağdam təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda qüvvəsini sınayır.

Qurban Qurbanovun yetirmələri Albaniyanın “Partizani” klubu ilə qarşılaşırlar. Ötən həftə Tiranada keçirilən qarşılaşmada qolsuz heç-heçə edən təmsilçimiz mərhələ adlamaq üçün mütləq qalib gəlməlidir.

Ardıcıl 5 il qitə kuboklarının qrup mərhələsinə yüksələn “Qarabağ” eyni uğura gedən yolda ilk addımını “Dalğa Arena”da atmalıdır. Yeni mövsümün ilk ev oyununda doğma azarkeşləri önünə çıxacaq ağdamlılar mərhələ adlasa, “Riqa” (Latviya) – “Dandalk” (İrlandiya) cütünün qalibi ilə görüşəcəklər. Əgər çempionumuz bu vəzifənin öhdəsindən gələ bilməsə, mübarizəni Avropa Liqasında davam etdirəcək. Burada isə rəqib Moldova "Şerif"i olacaq.


Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunu
17 iyul
21:00. “Qarabağ” – “Partizani” (Albaniya) - 0:0
Baş hakim:
Dumitri Muntean
“Qarabağ”: 13. Vaqner da Silva, 3. Ailton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medveyev, 7. Araz Abdullayev, 8. Miçel, 9. Xayme Romero, 14. Rəşad Sadıqov, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Riçard Almeyda
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 10. Dani Kintana, 11. Mahir Əmrəli, 21. Hacıağa Hacılı, 30. Abbas Hüseynov
Baş məşqçi: Qurban Qurbanov
“Partizani”: 12. Alban Hoca, 2. Eqzon Belitsa, 7. Eraldo Çinari, 9. Teofilus Solomon, 10. Yasir Asani, 17. Bruno Telyuşi, 20. Esat Mala, 22. Lyabinot İbrahimi, 23. Esin Hakay, 26. Vilyam Kordeyru, 33. Eneo Bitri
Ehtiyat oyunçular: 1. Daşamir Cika, 4. Ron Broy, 19. Lorents Traşi, 38. Kristi Kote, 66. Xosep Ekuban, 90. Emmanuel Mensa, 99. Brayan Braun
Baş məşqçi: Franko Lerda
Bakı. “Dalğa Arena” stadionu
İlk oyun – 0:0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR