“Qarabağ” ikinci, “Keşlə” ilk qələbəsini əldə edib

“Qarabağ” ikinci, “Keşlə” ilk qələbəsini əldə edib
# 25 avqust 2019 23:06 (UTC +04:00)

Bu gün Azərbaycan Premyer Liqasında daha iki matç keçirilib.

APA-nın məlumatına görə, II turun ikinci oyun günündə baş tutan qarşılaşmalar Bakıda təşkil olunub.

Öncə “Sabah” “Keşlə”ni qəbul edib. İlk turda “Neftçi”ni büdrədən meydan sahibləri autsayderlərdən biri ilə matça favorit kimi çıxıblar.

Lakin ilk yarının sonlarında qələbə qoluna imza atan “Keşlə” üstünlüyünü final fitinədək qoruya bilib. Tərlan Əhmədovun yetirmələri görüşü azlıqda başa vursalar da, üç xal qazanıblar.

Günə “Azərsun Arena”da yekun vurulub. Son çempion “Qarabağ” ötən mövsümün kubokunun sahibi “Qəbələ”ni sınağa çəkib.

Meydan sahiblərinin üstünlüyü ilə keçən görüşdə Qurban Qurbanovun yetirmələri yalnız fasilədən sonra istəyinə çatıblar. Rəqibin müqavimətini qırmağa müvəffəq olan ağdamlılar 3 cavabsız qolla üç xal qazanıblar. Əyalət klubu ikinci qələbə ilə zirvəyə şərik olub.

Qeyd edək ki, turun ilk günündə “Səbail” “Sumqayıt”ı 3:0 hesabı ilə darmadağın edib. Sabah keçiriləcək turun son matçında “Zirə” “Neftçi”ni sınağa çəkəcək.

Azərbaycan Premyer Liqası
II tur
25 avqust (bazar)
“Sabah” – “Keşlə” – 0:1
Qol:
Vüsal İsgəndərli, 45+1
Qırmızı vərəqə: Sezar Meza Kolli, 74
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Bank Respublika Arena”, 18:45
“Qarabağ” – “Qəbələ” – 3:0
Qollar:
Riçard Almeyda, 61 (pen.), Maqaye Qeye, 63, Abdullah Zubir, 80
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Əliyar Ağayev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elbrus Abbasov
“Azərsun Arena”, 21:00

N

Klublar

O

Q

H

M

T-F

X

1

Səbail

2

2

0

0

4-0

6

2

Qarabağ

2

2

0

0

4-0

6

3

Keşlə

2

1

0

1

1-1

3

4

Sumqayıt

2

1

0

1

2-3

3

5

Neftçi

1

0

1

0

1-1

1

6

Sabah

2

0

1

1

1-2

1

7

Zirə

1

0

0

1

0-1

0

8

Qəbələ

2

0

0

2

0-5

0

Bombardirlər: Mehdi Şərifi ("Sumqayıt"), Ağabala Ramazanov ("Səbail") - 2 qol.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR