“Qarabağ” – “Lex” oyununu ingiltərəli hakimlər idarə edəcək

“Qarabağ” – “Lex” oyununu ingiltərəli hakimlər idarə edəcək
# 27 iyun 2022 12:57 (UTC +04:00)

“Qarabağ” – “Lex” oyununun hakimləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununun İngiltərədən olan ədalət təmsilçiləri idarə edəcək.

İyulun 12-dəki qarşılaşmanın baş hakimi Endryu Medli olacaq. Ona Daniel Kukla Harri Leonard kömək edəcək. Dördüncü hakim funksiyası Simon Huperə həvalə olunub.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matç saat 20:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR