“Qarabağ” məğlubiyyətsiz oyunlar seriyasındakı rekordunu yeniləyib

“Qarabağ” məğlubiyyətsiz oyunlar seriyasındakı rekordunu yeniləyib
# 31 oktyabr 2022 09:50 (UTC +04:00)

“Qarabağ” Azərbaycan çempionatlarında məğlubiyyətsiz oyunlar seriyasındakı rekordunu yeniləyib.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi artıq 31 matçdır ki, yenilgi üzü görmür.

Qurban Qurbanovun yetirmələri son olaraq dünən Misli Premyer Liqasının XII turunda səfərdə “Şamaxı”nı 4:0 hesabı ilə məğlub edib. Cari mövsüm keçirdiyi 11 matçın hamısında qələbə qazanan “Qarabağ” 2021/22 mövsümünün də son 20 görüşündə uduzmayıb.

Azərbaycan çempionunun son məğlubiyyəti 2021-ci il oktyabrın 25-nə təsadüf edib. Səfərdə “Səbail”ə 1:3 hesabı ilə uduzan bölgə təmsilçisinin artıq bir ildir ki, Premyer Liqada “biləyi bükülmür”. Komanda bu müddətdə 27 qələbə qazanıb, 4 heç-heçə edib. Seriya dövründə 94 qol vuran “Qarabağ” 16 top buraxıb.

XXI əsrdə Avropada ən uzun məğlubiyyətsizlik seriyası isə “Porto”ya məxsusdur. Portuqaliya klubu 2020-2022-ci illər aralığında 58 qarşılaşmada uduzmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR