"Qarabağ" - "Nant" oyunu bir dəqiqəlik sükutla başlaya bilər

"Qarabağ" - "Nant" oyunu bir dəqiqəlik sükutla başlaya bilər
# 14 sentyabr 2022 12:51 (UTC +04:00)

Avropa Liqasının qrup mərhələsinin II turunun "Qarabağ" - "Nant" oyunu bir dəqiqəlik sükutla başlaya bilər.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov açıqlayıb.

Qarşılaşmadan əvvəl keçirilən mətbuat konfransında çıxış edən 50 yaşlı mütəxəssis Azərbaycan-Ermənistan sərhədində şəhid olan hərbiçilərimizə görə matçın sükutla başlaması üçün klub tərəfindən UEFA-ya müraciət olunduğunu söyləyib: "Nə qərar verəcəklərini sabah bizə bildirəcəklər".

Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR