“Qarabağ” - “Partizani” matçında Azərbaycan çempionu aşkar favoritdir

“Qarabağ” - “Partizani” matçında Azərbaycan çempionu aşkar favoritdir
# 17 iyul 2019 12:31 (UTC +04:00)

Çempionlar Liqasının I təsnifat mərhələsinin “Qarabağ” (Azərbaycan) - “Partizani” (Albaniya) oyunun əmsalları açıqlanıb.

APA-nın məlumatına görə, bukmekerlər Azərbaycan çempionunu aşkar favorit hesab edirlər.

Bakıda bu gün baş tutacaq qarşılaşmada “Qarabağ”ın qələbəsi 1,31 əmsalla qiymətləndirilibsə, “Partizani”nin qalib gəlməsinə 10,50 əmsal verilib. Saat 21:00-da start götürəcək görüşdə heç-heçə əmsalı isə 5,10-dur.

Qeyd edək ki, Tiranada keçirilən ilk oyun 0:0 hesablı bərabərliklə yekunlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR