"Qarabağ" qapıçı transferini açıqlayıb

"Qarabağ" qapıçı transferini açıqlayıb
# 12 yanvar 2022 14:13 (UTC +04:00)

“Qarabağ” Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvilini heyətinə cəlb edib.

Apasport.az xəbər verir ki, Ağdam klubu sosial şəbəkə vasitəsilə transferi açıqlayıb.

23 yaşlı qolkiper Polşanın “Yagelloniya” klubundan transfer olunub. Yeni komandasında 23 nömrəli formanı geyinəcək Quqeşaşvilinin müqavilə detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Luka Quqeşaşvili son iki ili icarə əsasında ölkəsinin “Dila” klubunda keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR