“Qarabağ” səfərdə “Nant”la qarşılaşacaq

“Qarabağ” səfərdə “Nant”la qarşılaşacaq
# 27 oktyabr 2022 00:38 (UTC +04:00)

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri V turun matçına çıxacaq.

Ağdam klubu Fransada “Nant”la görüşəcək. Bakıda rəqibini 3:0 hesabı ilə məğlub edən “Qarabağ” qrupdan çıxmağı rəsmiləşdirmək üçün uduzmamalıdır.

Təmsilçimiz qalib gəlsə, “Frayburq”un xal itkisindən asılı olaraq ya 1-ci yer şansını qoruyacaq, ya da ikinciliyi təmin edəcək. Heç-heçə “Frayburq”u 1/8 finala, ağdamlıları pley-offa daşıyacaq. Məğlubiyyət isə Konfrans Liqasına düşmək ehtimalı yarada bilər.

Qrupun digər matçı Almaniyada baş tutacaq. İtkisiz irəliləyən “Frayburq” autsayder “Olimpiakos”u sınağa çəkəcək.

Qeyd edək ki, sonuncu – VI turun oyunları noyabrın 3-də keçiriləcək.

Avropa Liqası
G qrupu, V tur
27 oktyabr
23:00. "Nant" (Fransa) - “Qarabağ” (Azərbaycan)
Baş hakim:
Yakob Kehlet (Danimarka)
"Beaujoire" stadionu

1

Frayburq

4

4

0

0

11-1

12

2

Qarabağ

4

2

1

1

7-2

7

3

Nant

4

1

0

3

2-10

3

4

Olimpiakos

4

0

1

3

1-8

1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR