"Qarabağ" Uroş Matiçlə vidalaşıb

Uroş Matiç

© APA | Uroş Matiç

# 26 iyul 2021 12:36 (UTC +04:00)

“Qarabağ” daha bir futbolçu ilə yollarını ayırıb.

Apasport.az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi Uroş Matiçlə vidalaşıb.

Serbiyalı yarımmüdafiəçi ilə olan müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Ötən yay 2+1 illik müqavilə imzalanan Uroş Premyer Liqada 19 oyunda 1 qol vurub.

Qeyd edək ki, daha öncə Mahir Emreli “Qarabağ”dan ayrılaraq Polşa “Legiya”sına keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR